Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Abbasov Mirzəli (Əlibala) Hacabbas oğlu

Abbasov Mirzəli (Əlibala) Hacabbas oğlu (1874-1943) - aktyor, rej., dramaturq. Gürc. əməkdar art. (1928). Tiflisdə Azərb. teatrının təşkilatçılarındandır. 1898 ildən səhnə fəaliyyətinə başlamışdır. Tiflis Azərb. teatrının səhnəsində M.-nin "Ölülər" tragikomediyasını tamaşaya qoymuşdur. Bir sıra pyeslərin müəllifıdir.