Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Adigözəlov Vasif Zülfüqar oğlu

Adigözəlov Vasif Zülfüqar oğlu (1935-2006) - bəstəkar. Azərb. xalq art. (1989), əməkdar inc. xad. (1973), Azərb. Dövlət mükafatı laureatı (1990). ADK-nı (indiki Bakı Musiqi Akademiyasını) bitirib (1959) və 1960-2006 illərdə orada pedaqoji fəaliyyət göstərib (1988 ildən prof., 1992 il-dən kafedra müdiri). 1990 ildən Azərb. Bəstəkarlar İttifaqı İdarə Heyətinin birinci katibi olmuşdur (1990-2006). A. 3 simfoniyanın, 4 simfonik poemanın, 5 musiqili komediyanın, 3 oratoriyanın, 24 prelüdün, 100-dən artıq mahnı, romans və s. əsərlərin muəllifıdir. 1963 ildə M.-nin pyesi əsasında 4 pərdəli "Ölülər" operasını yazmışdır. Operanın libretto müəllifləri F.Mehdiyev və C.Hilaloğlu (şeirlər A.Aslanovun), musiqi rəhbəri və dirijor Niyazi, rej. Ş.Bədəlbəyli idi.