A
"Anamın kitabı"
"Anamın kitabı" pyesindən səhnə. 1926-1027-ci illər. |
"Anamin kitabı" - M.-nin pyesi. 1920 ildə Qarabağda yazılmış 4 məclisdə dram. M.-nin mövzu, ideya, sənətkarlıq cəhətdən kamil dramatik əsəridir. Əsərdə milli şüur probleminə geniş yer verilmişdir. İlk dəfə 1922 ildə Bakıda D.Bünyadzadə ad. Dram teatrında tamaşaya qoyulmuşdur (rej. A.Şərifzadə, Səməd Vahid - K.Ziya, Məmmədəli - İ.Talıblı, Gülbahar - Y.Olenskaya). 1994 ildə ADT-də yenidən tamaşaya qoyulmuşdur. Quruluşçu rej. Həsən Əbluc tamaşanın məşqlərini sona çatdırarkən qəflətən vəfat etmiş, bu işi onun qardaşı, rej. Ənvər Əbluc davam etdirmişdir (rəssam Şamil Nəcəfzadə, musiqi tərtibatçısı İsmayıl Dadaşov). Əsas rolları Safura İbrahimova (Zəhra bəyim), Rafıq Əzimov (Rüstəm bəy), Əli Nurzadə (Mirzə Məmmədəli), Əjdər Həmidov (Səməd Vahid), Bəsti Cəfərova (Gülbahar) və b. ifa etmişlər. Böyük uğurla keçən bu ideya-psixoloji tamaşa anaya, Vətənə, doğma dilə, xalq adət-ənənələrinə, xalq musiqisinə məhəbbət ruhu oyadır.