Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

A

Atayev Məmmədşah Qədim oğlu

Atayev Məmmədşah Qədim oğlu (d. 1939) - teatrşünas, pedaqoq. Sənətşünaslıq namizədi (1983). ADT-da aktyor, truppa müdiri, teatr muzeyinin direktoru vəzifəsində işləmişdir (1955-1985). "C.Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində" mövzusunda dissertasiya müdafiə etmişdir (1983). 1963 ildən dövri mətbuatda çıxış edir, 100-ə yaxın məqalənin müəllifıdir. M. haqqında 10-dan çox məqalə ("C.Məmmədquluzadə və teatr", "Ölülər" SSRİ xalqları səhnəsində", "Axtarışlar və nəticələr" və s.) dərc etdirmişdir. "C.Məmmədquluzadə əsərlərinin səhnə taleyi" (1991) monoqrafiyasının müəllifıdir.