A
Axundov Məmmədsadıq Molla Ruhulla oğlu
Axundov Məmmədsadıq Molla Ruhulla oğlu (1887-?) - ictimai xadim, jurnalist, publisist, tərcüməçi. Bakı ş.-ndə birinci "'Rus-müsəlman" məktəbini (1901) və Sənət məktəbinin ikinci sinfini (1905) bitirmişdir. RSDFP "Hümmət" təşkilatının üzvü (1902) olmuş, "İrşad" qəzetində jurnalistlik və publisist fəaliyyətinə başlamış, "Tərəqqi", "Təkamül", "Yeni füyuzat", "Təzə xəbər" və s. dövri mətbuatda iştirak etmişdir. "Ümumi mənfəətli cib dəftərçəsi və müsəlmani-rusi-təqvim" düzəltmiş, "Rəhbəri-sərf' adlı (Q.R.Mirzəzadə ilə birlikdə) Azərb. dilinin qrammatikasına dair iki hissədən ibarət dərslik yazmış (1910-1917), tərcüməçiliklə məşğul olmuşdur.
M. "Bibiheybət ziyarətgahı" felyetonunda Bakı yaxınlığında yerləşən müqəddəs ocaq ətrafında baş verən müxtəlif məsələlərdən söhbət açır, A.-un "Günəş" qəzetinin müdirı" ilə "sözü bir yerə qoyub, Bibiheybət ziyarətgahını Nəcəf uşaqlarının əlindən alıb, Bakı qazisinin ixtiyarına" vermək cəhdini xatırlayır.
A.-un atası Molla Ruhulla Məmmədzadənin vəhşicəsinə öldürülməsi münasibətilə M. "Molla Nəsrəddin"də başsağlığı dərc etmişdi. A. bu yazını 1913 ildə buraxdığı "Əlhac Molla Ruhulla axundun əhvalatına dair məcmuədir" kitabına daxil etmişdi.