A
Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu
Axundzadə Əbdüssəlam Axund Vəliməmməd oğlu (1843-1907) - ruhani, maarifçi alim, pedaqoq. İlk təhsilini atasından almış, Salyanda, Şamaxıda əski üsul məktəblərində oxumuşdur (1874-1887). Qori müəllimlər seminariyası Azərb. şöbəsində Azərb. dili və islam şəriəti fənninin müəllimi (1879-1894), Cənubi Qafqaz ruhani idarəsinin sədri, Şeyxülislam (1894-1907) işləmişdir. Şəriətə, din tarixinə aid 20-ədək əsərin müəllifidir. Qori seminariyasında M.-nin müəllimi olmuşdur. Seminariyada Azərb. dilinin tədrisinin keyfiyyəti M.-ni razı salmamışdır. O, sonralar yazırdı "...0 vaxtlar hökumət təsis edən məktəblərin proqramında xala-xətrin qalmasın babətindən həftədə bir neçə saat türk dərsi deyilirdi... Qori seminariyasında türk dili müəllimləri məhz məvaciblərini ayın 20-də almaq şövqilə bizə dərs verirdilər... O vədələr türk müəllimlərinin artıq zəhmət çəkmələrinə mədrəsə müdirləri özləri də razı deyildilər".