Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

B

Bünyadzadə Dadaş Xoca bəy oğlu

Bünyadzadə Dadaş Xoca bəy oğlu (1888-1938) - sovet partiya və dövlət xadimi, jurnalist, müəllim. Bakıda və Tiflisdə gizli partiya işi aparmış, dəfələrlə həbs edilmişdir. B. "Molla Nəsrəddin" jurnalının təsirilə 1910-1911 illərdə Bakıda çıxan "Arı" satirik jurnalının red. və əsas müəlliflərindən biri idi. 1912 illərdə "Bakı hayatı" jurnalında və a. mətbuat orqanlarında işləmişdir. 1917-1918 illərdə "Hümmət" təşkilatının Bakı qəza Kəndli Deputatlar Sovetinin işində fəal iştirak etmişdir. Bakı kommunasının süqutundan sonra Həştərxana gedərək partiya işini davam etdirmiş, tatar dilində çıxan "Tartış" ("Mübarizə") qəzetinin red. olmuşdur. Azərb,-da Sovet hakimiyyəti qurulduqdan sonra bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Siyasi repressiyanın qurbanı olmuşdur.