C
Cəfər Xəndan
Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyevin təxəllüsü) (1910-1961) - ədəbiyyatşünas, tənqidçi, şair. Filol. e. d. (1948), prof. (1949). Gəncə Pedaqoji Texnikumunu (1925), APİ-nin dil və ədəbiyyat fakülkəsini (1929) bitirmişdir. ADU-da filol. fakültəsinin dekanı (1947-1949), rektor (1950-1954), Azərb. ədəbiyyatı tarixi kafedrasının müdiri (1952-1961) olmuşdur. XX əsr Azərb. ədəbiyyatına, XX əsr Cənubi Azərb. demokratik ədəbiyyatına dair əsərlərin, "Ədəbiyyat nəzəriyyəsi" (1948, 1958) kitabının, orta və ali məktəb dərsliklərinin müəllifidir. Onun Mirzə Cəlil, M.Ə.Sabir haqqında monoqrafık tədqiqləri ("Sabir" (1940), "Molla Nəsrəddin" (1956), "Şairin hayatı" (1961), "Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" (1962), Ə.Haqverdiyev, M.Möcüz, Ə.Nəzmi, Ə.Qəmküsar və b. mollanəsrəddinçilər haqqında portret oçerk və məqalələri vardır. "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" (1955) kitabında verilmiş ayrıca oçerkdə M.-nin həyat və yaradıcılığından bəhs olunur. Kitabın "Demokratik mətbuat və onun burjua mətbuatı ilə mübarizəsi" fəslində isə "Molla Nəsrəddin" jurnalının yaranma tarixi, ideya mövqeyi, sənətkarlıq maneraları tədqiq edilmişdir.