Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

D

Davatdarov Müzəffər İbrahim bəy oğlu

Davatdarov Müzəffər İbrahim bəy oğlu (1900-1959) - Həmidə Məmmədquluzadənin ilk nigahdan olan oğlu. Tiflisdə realnı məktəbi bitirmişdir. Sovet hakimiyyəti illərində Bakıda yaşamışdır. Müxtəlif təşkilatlarda mühasib işləmişdir. M.-nin qızı Münəvvər ilə ailə qurmuş, sonradan ayrılmışlar. M.-nin xatirə əşyalarının, sənədlərinin və əlyazmalarının qorunub saxlanmasında xidməti olmuşdur.