Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

E

Elçin

Elçin (Elçin İlyas oğlu Əfəndiyev) (d. 1943) - yazıçı, ədəbiyyatşünas, tənqidçi-publisist, ictimai xadim. Filol. e.d. (1998), Azərb. xalq yazıçısı (1998), Azərb. əməkdar inc. xad. (1985). 1975-1987 illərdə Azərb. Yazıçılar Birliyinin katibi olmuşdur. "Vətən" cəmiyyətinin sədri (1987 ildən), Azərb. Resp. Baş nazirinin müavinidir (1993 ildən). Ciddi sosial-mənəvi problemlərə həsr olunmuş roman, povest və hekayələrin, səhnə əsərlərinin, eləcə də monoqrafiyaların, ədəbi-tənqidi məqalələrin, esse və publisist yazıların müəllifidir. Elmi fəaliyyətində 20 əsrin əvvəllərindəki Azərb. ədəbi-mədəni və ictimai-siyasi mühitinin tədqiqi ilə bağlı məsələlər mühüm yer tutur. M.-nin qələm və əqidə dostları Ö.F.Nemanzadə, N.Nərimanov, Ü.Hacıbəyov, M.Ə.Rəsulzadə, Ə.Haqverdiyev və b. haqqında məqalə və kitabçalar yazmışdır. Bu yazılarda M. yaradıcılığının da bir sıra məsələləri öz əksini tapmışdır. O, A.Hacıyevin "Tiflis ədəbi mühiti", Ə.Mirəhmədovun "Azərbaycan Molla Nəsrəddini" kitablarına yazdığı geniş ressenziyalarda da məmmədquluzadəşünaslığın bir sıra ciddi problemlərinə toxunmuşdur. "Molla Nəsrəddin" jurnalının 1-ci nömrəsinin fotofaksimilə nəşri münasibətilə yazılmış "Molla Nəsrəddin" işığı" məqaləsinin müəllifidir. M. irsinin öyrənilməsi prosesində ədibin ictimai qayəsi, vətəndaşlıq mövqeyi, milli təəssübkeşlik duyğusu E.-in tədqiqatlarında ön plana çəkilmişdir.