G
Gizli imza
Gizli imza - gizli imzalı və imzasız əsərlər dünya xalqları ədəbiyyatının bütün dövrlərində olmuşdur. Bu əsərlərin yazılma tarixi və müəllifinin müəyyənləşdirilməsi elmi ədəbiyyatda atribusiya, evristika, psevdonomastika, yaxud psevdonimika terminləri ilə adlandırılır. Azərb. ədəbiyyatında G.i. və imzasız əsərlərin yaranma tarixi dilimizin ilk söz yaradıcılığından başlanır. Azərb. mətbuatında 1905 il inqilabından sonra sürətlə inkişaf edən dövri mətbuatda minlərlə G.İ. və imzasız əsərlər yaranmışdır. Tədqiqatlarda bəzən eyni mənada işlədilən "təxəllüs"lə G.i.-nı fərqləndirən cəhətlər var. Təxəllüs ciddi, poetik, şairanə məzmun daşıyır, şairin yaradıcılığının ümumi ruhu ilə həmahəng olur, dəyişkən olmur, qəzəl və qəsidələrin son beytində, qoşmaların son bəndində qeyd olunur: (Nizami, Xaqani, Füzuli, Vazeh, Vaqif, Vurğun, Müşfiq və s.).
G.İ. əsasən satirik məzmun daşıyır, təxəllüsdən fərqli olaraq, bir müəllif bəzən yüzdən artıq G.i.-ya müraciət etməli olur. G.i.-nin müəllifi yalnız redaksiyaya məlum olur, sirr kimi qorunur. Dövrün, ictimai quruluşun tələbi ilə əlaqədar bunun bir çox səbəbi olur. Senzordan, din xadimlərindən, ətraf mühitdən qorunan, ədəbi uğursuzluqdan, inamsızlıqdan qorxan, eyni dövrdə zidd istiqamətli 2 mətbuat orqanında çıxış edən, əsas peşəsi yazıçılıq olmayan, ədəbi oğurluq, şəxsiqərəzlik edən G.i.-ya müraciət edir. Xoşagələn imzadan yeni formada istifadə etmək və eyni imzadan uzaqlaşmaq G.i.-nın çoxalma səbəblərindəndir. Mövzuya müvafiq imzaya müraciət etmək isə daha çox oxucuda ilk baxımdan qarşıya qoyulan məsələyə psixoloji hazırlıq məqsədi güdür. G.İ.-nın yaranma üsulları müxtəlifdir. "Molla Nəsrəddin" jurnalında dtqqəti cəlb edən əsas G.i.-lar məzmunları etibarilə qohum imzalar olub, dünya, eləcə də Azərb. ədəbiyyatı tarixindəki "ağıllı dəlilər" silsiləsinə mənsub heronim imzalardır - "Molla Nəsrəddin", "Lağlağı", "Dəli", "Hərdəmxəyal", "Dəmdəməki", "Qızdırmalı" və s. Satirik mətbuatda heyvan adları ilə bağlı zoonimlər - "Eşşək arısı", "'Anaş qurbağa", "Zəli"; quş adları ilə bağlı ornitonimlər - "Bülbül", "Bayquş", "Sağsağan"; rütbə, vəzifə bildirən titlonimlər - "Leytenant", "Nişançı"; coğrafi adlarla bağlı yaranan geonimlər - "Bakılı", "Danabaşlı", "Zansolli"; meyvə-tərəvəz, bitki məzmunlu fitonimlər - "Qaratikan", "Qozqurab", "Dombalan"; riyazi rəqəmlərlə yaranan srfronimlər - "Bir", "İki", "Üç"; durğu işarələrindsn yaranan stiqmonim - "?", "...", "."; müəllifin milliyyətini təmsil edən etnonimlər - "Müsəlman", "Tatarin", "Gavur" və s. Qadra adını seçən kişi imzaları - psevdoqinimlər ("Tükəzban cici", "Dabanı çatdax xala"), kişi adından alınmış qadın imzaları - psevdoordronimlər G.i.-nın yaranma üsulları sırasındadır.
Mətbuat tariximizdəki G.i.-nın böyük bir qismi "Molla Nəsrəddin" jurnalında yaşamaq hüququ qazanmışdır. Təkcə 1906-1907 illərdə jurnalda 300-dək gizli imza işlənmişdir. Bəzən bir müəllifin 100-dən artıq G.i.-sı, bəzən bir imzanın 5-6 müəllifi, çox hallarda isə bir G.İ. ilə onlarla əsər çap olunmuşdur. M. 120-dən artıq G.i.-ya müraciət etmişdir. Bunlar heronim, müştərək, daimi, mövzudan alınan və s. imzalardır. M.-nin çox müraciət etdiyi - "Molla Nəsrəddin'", "Lağlağı", "Dəli", "Hərdəmxəyal, "Dəmdəməki" və s. imzalar həm də müştərəkdir. Həmən imzalardan Ömər Faiq, Ə.Haqverdiyev, M.S.Ordubadi və b. da istifadə etmişlər.