Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

H

"Həblülmətin"

"Həblülmətin" - ictimai, siyasi həftəlik qəzet. 19 əsrin sonu, 20 əsrin əvvəllərində Kəlküttədə (Hindistan) fars dilində İran mühacirləri tərəfindən nəşr edilmişdir. Qəzetin red. Seyid Cəmaləddin Kaşani idi. Qəzetin nəşri 1907 ildən Seyid Həsən Kaşaninli (Seyid Cəmaləddin Kaşaninin qardaşı) red.-luğu ilə Tehranda davam etdirilmişdir. "H." 19 əsrin 90 illərində Qafqaz müsəlmanları, o cümlədən Naxçıvan ziyalıları arasında geniş yayılmışdır.

M.-nın məslək və əqidə dostu M.T.Sidqi onun vəkili, daimi oxucusu və müəlliflərindən olmuşdur. M.Sidqinin məktəbində "H." müntəzəm oxunmuşdur. M. "Qaaqa konfransının nəticələri baqqında" məqaləsində "Həblülmətinin" Avropa imperialistlərinin sülh çağırışlarının arxasında Şərqi müstəmləkəyə çevirmək niyyətlərini tənqid etməsini bəyənmişdir. Ədib "H."-in Avropa və Amerikada həyat tərzinin daim artmaqda olduğu, onun ehtiyaclarının "hərbi qüvvə və ona xas olan bütün atributlar vasitəsilə əldə edilə biləcəyi" haqqında fikrini nəzərə xüsusi olaraq çatdırdı (C.Məmmədquluzadə. Əsərləri. Altı cilddə. VI c, Bakı, 1985, səh. 21).