Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

H

Hacıbababəyov Hüseynağa Soltan oğlu

Hacıbababəyov Hüseynağa Soltan oğlu (1898-1972) - müğənni (lirik tenor). Azərb. xalq art. (1938). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1928). 1910 ildən "Nicat" cəmiyyətinin nəzdindəki xorda oxumuş, 1913 ildən "Səfa" cəmiyyəti dram truppasının tamaşalarında çıxış etmişdir. 1916 il H.-un həyatında əlamətdar il olur. Mirzağa Əliyev ona xəbər verir ki, Mirzə Cəlil gəlib, "Ölülər" adında pyes gətirmişdir. H. xatırlayırdı: "O zaman tamaşalarda bütün qadın rollarını kişilər oynayırdılar. Mən, demək olar, əsasən, qadın rollarında çıxış edirdim". Hazırlanan tamaşada da H.-a Nazlı rolu tapşırılır. M.-nin özü məşqlərə gəlir, ifaçılara xeyirli məsləhətlər, göstərişlər verirdi. İlk tamaşada H. Nazlı rolunu müvəffəqiyyətlə ifa etmişdir.

H. 1920-60 illərdə AOBT-nın solisti olmuş, Azərb. və Qərbi Avropa bəstəkarlarının operalarında uğurla çıxış etmişdir.