Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

H

Həsənzadə İsmayıl Həqqi

Həsənzadə İsmayıl Həqqi (1882-1944) - mürəttib, jurnalist, aktyor. 1910 illərə qədər "Molla Nəsrəddin" jurnalının mürəttibi olmuşdur. Tiflisdə "Ölülər" pyesinin tamaşalarını təşkil edənlərdən olub, özü də xırda rollarda oynayırdı. Bir müddət kiçik mətbəə açıb, sifarişlər nəşr etmişdir. Mirzə Cəlil Təbrizə köçəndə, jurnalın hürufat və kağızlarını saxlamağı ona tapşırmışdı. 1928 ildə '"Xatiratım" əsəri üzərində işləməyə başlayan ədib, mollanəsrəddinçi müxbir və yazıçılar haqqında ona suallı məktub göndərmiş, H. cavab vermişdi. Q. Məmmədli bu yazışmadakı bəzi qeyri-dəqiqliyi təshih etmişdir.