Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

İ

İbrahimov Nazim Sadıq oğlu

İbrahimov Nazim Sadıq oğlu (d. 1935) - naşir, jurnalist, ictimai xadim. Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Azərb. Dövlət Nəşriyyat, Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direkoru (1991-1992), "Azərbaycan" nəşriyyatının baş direktoru (1993-2005), 2006-cı ildən Azərb. Yazıçılar birliyinin katibidir, elmi tədqiqatla məşğul olmuşdur (e.n.-dir). İ. 10 cildlik Azərb. Ensiklopediyasının Baş redaksiya heyətinin və Üzeyir Hacıbəyovun 100 və 110 illik yubileylərinin keçirilməsi üzrə dövlət komissiyalarının üzvü idi. Bir sıra kitabların müəllifi və tərtibçisidir. "Natəvan" operasının librettosunun müəllifi, Azərbaycan dilində (kiril qrafıkası ilə, 1996), rus dilində (2003) çapdan çıxmış "Üzeyir Hacıbəyov ensiklopediyası"nın hazırlanmasının təşəbbüsçüsü və baş redaktoru.

"Cəlil Məmmədquluzadə ensiklopediyası"nın hazırlanmasının təşəbbüsçüsü, elmi-redaksiya şurasının sədri və orada gedən bir sıra məqalələrin müəllifidir.

"Humay" mükafatına layiq görülmüşdür (2000).