Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

İ

"İrane-nou"

"İrane-nou" ("Yeni İran") - XX əsrin əvvəllərində Tehranda tipoqrafiyada M.Ə.Rəsulzadənin redaktorluğu ilə farsca nəşr olunan sosial-demokrat məsləkli qəzet. Məhəmməd Əli Tehrani adlı bir müəllifin "Təcəddüdi-aləmi-islam" adlı məqaləsində müsəlman Şərqinin, xüsusilə, İranın dövlət qanunlarının Qərbi Avropa, Napoleon Bonapart qanunlarından üstün olması fikri "Molla Nəsrəddin”də kəskin tənqid edilmişdir. Ağıllı məsləhətləri ilə azadxahlara kömək eləmək əvəzinə cahil mülahizələr irəli sürən müəllif M. tərəfindən kəskin tənqid olunmuşdur: "Yaz! Yaz, qardaşım, yaz! Həmədanda, Zəncanda, Gilanda və İsfəhanda nə biləcəklər ki, Napoleon nədir, təməddün nədir? Bir gün [...] qəzetin gedib çıxar Napoleonun vətəninə, yainki Yaponiya cəzirəsinə, orada qəzetinin felyetonunu oxuyub L...J deyərlər: "Qadam ürəyinə, söz danışan!" (1909, 4.10, Ns 40).