Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Məmmədquluzadə Midhət Cəlil oğlu

Məmmədquluzadə Midhət Cəlil oğlu (1908-1932) - C.Məmmədquluzadənin oğlu. Tiflisdə anadan olmuşdur. M.Əzizbəyov ad. Azərb. Dövlət Politexnik İn-tunun Hidrotexniki tikintilər fakültəsində oxumuş (1928-1931), su inşaatı mühəndisi ixtisası qazanmışdır. Azərb. Dövlət Plan Komitəsində çalışmış, Mingəçevir SES-inin layihəsini hazırlayan komissiyanın elmi katibi olmuşdur. Dövlət Plan Komitəsinin kollegiya üzvü seçilmişdir. Mühəndis Rzazadə ilə birlikdə "Bakinski raboçi" qəzetində Mingəçevir SES-i haqqında ilk məqaləni dərc etdirraişdir. Mirzə Cəlil oğlu Midhəti "sonsuz məhəbbətlə" (Həmidə xanım) sevmiş, onun təhsilinə və inkişafına daim qayğı göstərmişdir. Midhət Bakıda vəfat etmiş, Çəmbərəkənd qəbiristanlığında dəfn olunmuşdu. Sonralar həmin məzarıstan köçürülərkən cənazəsinin qalıqları atasının Fəxri xiyabandakı qəbrinin yanında torpağa tapşırılmışdır.