Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Məlikov Rəhim bəy Mehrəli oğlu

Məlikov Rəhim bəy Mehrəli oğlu (1886-1936) - fizik, riyaziyyatçı, publisist. Prof. (1935). H.Zərdabinin qardaşı oğlu. Bakı realnı məktəbini (1906) və Kazan un-tinin fizika-riyaziyyat fakültəsini bitirmişdir (1912). Qroznı, Maykop və Pyatiqorsk ş.-lərində ali kurslarda fizika və riyaziyyatdan dərs demişdir. Bir müddət Tiflisdə yaşayan M. burada pedaqoji fəaliyyətini daha da genişləndirmiş, ictimaiyyətin diqqətini cəlb etmişdir. Kazanda tələbə ikən "Molla Nəsrəddin"lə əlaqə yaradan M. orada "Bayquş" imzası ilə müxbir məktublarını dərc etdirir.

Tiflisdə yaşadığı dövrdə Məmmədquluzadə və b. azərb. ziyalılarla ünsiyyətdə olmuş, qadın məsələsi ətrafında "Molla Nəsrəddin"lə 'Təzə həyat" qəzeti arasında mübahisə başlanarkən M. Cəlil Məmmədquluzadənin mövqeyini müdafiə etmiş, şəriət ehkamlarına istinad edən Haşım bəy Vəzirovu kəskin tənqidə ınəruz qoymuşdur. 1923 ildə Bakıya dəvət olunaraq APİ-yə fizika müəllimi təyin edilmişdir. Sonralar Bakının bir sıra in-tlarında, texnikum və məktəblərində işləmiş, APİ-nin fizika kafedrasının müdiri (1930-1936) olmuşdur. İlk dəfə Azərb. dilində istilik fizikasından dərslik yazmış (nəşr olunmamışdır), fizika və riyaziyyata dair terminlər lüğəti tərtib etmişdir. Ədəbi tənqidlə məşğul olmuş, Azərb. ədəbiyyatından rus dilinə tərcümələr etmişdir. M.-un Azərb.-da xalq maarifinin inkişafında xidməti vardır.