Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Məlikov Süleyman Dadaş oğlu

Məlikov Süleyman Dadaş oğlu (1899-1969) - jurnalist, tərcüməçi, redaktor. Azərb. əməkdar mədəniyyət işçisi (1967). "Zəhmət", "Kommunist" qəzetlərində. "Şərq qadını", "Maarif və mədəniyyət", "Qızıl qələm" və s. jurnallarda işləmiş, "Molla Nəsrəddin" jurnalının məsul katibi, "Kirpi" jurnalının red. heyətinin üzvü olmuşdur. "Molla Nəsrəddin"də çalışarkən onun nəşri məsələləri ilə məşğul olmuş, jurnalda publisistik məqalələr dərc etdirmişdir. M. yaradıcılığında ciddi siyasi pafosu, prinsipial tənqidi satirik və yumorlu üslubla birləşdirmişdi. "Qəmişqulu", "Əbülhaq" imzalı yazıları 1924-1925 illərdə "Kommunist" qəzetində və "Molla Nəsrəddin" jurnalında, "Qıraxdanbaxan" imzaları ilə məqalələri 1922 ildə "Zəhmət" qəzetində çıxmışdır. Mətbuatda Məmmədquluzadə haqqında bir neçə məqaləsi, xatirələri çap olunmuşdur. "Cəfər Cabbarlı haqqında xatirələr"ində (B., 1969) yeri gəidikcə "Molla Nəsrəddin" jurnalından da söz açmışdır.