Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Mərdanov Mustafa Haşım oğlu

Mərdanov Mustafa Haşım oğlu (1894-1968) - aktyor. Azərb. xalq art. (1943). Tiflisdə gimnaziya bitirmiş (1916), Moskva Dövfət Teatr Sənəti İn-tunda təhsil almışdır (1922-1924). Səhne fəaliyyətinə 1910 ildən Tiflis müsəlman dram dərnəklərində başlaraışdır. 1921-1922 illərdə Tiflis Azərb. Teatrının direktoru olmuş, 1924 jldən ADT-da işll mişdİr. Bir çox orijinal obrazlar yaratmışdır. "50 il Azərbaycan səhnəsində (Xatirələrim)" (1959) və "Mənim müasirlərim" (1973) kitablarının müəllifidir.

M. öz xatirələrində ilk dəfə Tiflisdə görüb tanış olduğu C.Məmmədquluzadə, M.Şahtaxtinski, Ə.Qəmküsar, E.Sultanov ilə görüşləri haqda yazmış, onların məktəb, teatr, sənət haqqında söhbətlərinin təsiri ilə elmə, ədəbiyyata və incəsənətə marağının daha da artdığını göstərmişdir. C.Məmmədquluzadə deyərmiş: "Savadsız aktyor beç nəyə yaramaz". M. Tiflisdə göstərilən "Ölülər" tamaşasında Hacı Həsən rolunda oynayır. Truppa bu tamaşanı İrəvanda da göstərir. Tamaşaların məşqlərində C.Məmmədquluzadə fəal iştirak edir, artistlərə yaxşı məsləhətlər verirdi. M. yazırdı: "Məşq zamanı İsgəndər - Nadir İbrahimov araq şüşəsini başına qaldıranda, Mirzə Cəlil onu saxlayıb deyir: - Bala, bu olmadı, sən bu arağı kef üçün yox, dərddən içirsən. Sən (...) dərman içən adamın vəziyyətini almalısan. 0 vaxt məqsədinə çatarsan". M.-la söhbətində isə ədib demişdi: "Sən Hacı Həsən rolunda elə etməlisən ki, başqa hacılara (pyesdəki hacılar nəzərdə tutulur --red.) oxşamayasan. Sən ölülərin dirilməsinə inanmasan da, camaat içində öz nüfuzunu qırmamaq üçün özünü inanan kimi göstərməlisən".

1926 ildə Bakıda ADT-da səhnəyə qoyulmuş "Ölülər" tamaşasında M. Şeyx Əhməd rolunu ifa etmişdi. M. Azərb. kinosunun ilk və tanınmış aktyorlarından idi.