Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Midhəd Paşa Əhməd

Midhəd Paşa Əhməd (1822 1884) - Türkiyə dövlət xadimi. Osmanlı imperiyasının iqtisadi, siyasi və mədəni geriliyini aradan qaldırmaq üçün islahatlar keçirmək məqsədini izləyən "Yeni osmanlılar” hərəkatına qoşulmuş, baş vəzir kimi sultan Əbdüləzizin taxtdan salınması, sultan II Əbdülhəmidə Türkiyənin ilk konstitusiyasının elan etdirilməsi (1876) onun rəhbərliyi altında olmuşdur. Müəyyən vaxt "Yeni osmanlılar"ın tələblərinə dözən II Əbdülhəmid konstitusiya tərəfdarları və ilk növbədə M.p. ilə hesablaşmaq üçün fürsət gözləyirdi.

1881 il mayın 19-da M.p. "dövlət üçün təhlükəli şərait yaratmaqda" və sultan Əbdüləzizin ölümündə ittiham edilərək həbs olunmuş və 1881 il iyulun 28-də haqqında çıxarılmış ölüm hökmü yumşaldılmış, Taifə sürgün edilərək orada sultanın fitvası ilə öldürülmüşdür. Mirzə Cəlil 1907 ildə "3aкaвкaзьe" qəzetində dərc etdirdiyi "Türkiyə məşrutəsinin keçmişindən" adlı məqaləsində M.p. haqqmda çox səmimi fikirİər söyləmİşdir. Mirzə Cəlil sonralar "Molla Nəsrəddin" jurnalı səhifələrində və digər yazılarında da M.p.-nı dəfələrlə xatırlamış, onun Türkiyədə azadlıq uğrunda mübarizədə rolunu yüksək qiymətləndirmişdir.