M
Minasazov Hüseyn Baxşəli oğlu
Minasazov Hüseyn Baxşəli oğlu (1881-1932) - pedaqoq, naşir, publisist, ədəbi tənqidçi, tərcüməçi. Qori müəllimlər seminariyasını bitirmiş (1899), bir müddət müəllimlik etmiş, əsas fəaliyyəti Bakı və Tiflis mətbuatı ilə bağlı olmuşdur. Bakıda "Kacпий", "Baкy", Tiflisdə «3aкaвкaзье", "3aкaвкaзскoe oбoзpeниe", "TИФЛИССКИЙ ЛИCTOK" VƏ b. qəzetlərdə dərc etdirdiyi məqalələrində ictimai haqsızlığa, gerilik və cəhalətə, qadın hüquqsuzluğuna qarşı çıxmışdır. "OГНИ" jumahnı (1907, cəmi 6 nömrə), "Eженедельнoe oбoзpeниe" (1909-1910) qəzetini nəşr etdirmişdir. M. 1906-1917 illərdə "Molla Nəsrəddin" jurnalına maraq göstərmiş, Mirzə Cəlilin "Əsarət" məqaləsini rus dilinə tərcümə edərək "OГНИ" jurnalında dərc etdirmişdir. 1913 ildə ədibin "Poçt qutusu" hekayəsini rus dilinə çevirmişdir. "Ölülər" komediyası haqqında ilk məqalənin müəllifidir (1909). "3aкaвкaзьe" qəzetində çıxan bu məqalədə M. "Ölülər'i "xalqın canlı, maraqlı həyatının panoramasını" yaradan "qəmli bir həqiqət" kimi dəyərləndirirdi. Ayrı-ayrı görüş və müzakirələrdə də o, Mirzə Cəlil yaradıcılığı, "Ölülər" əsəri haqqında müsbət fikiriər söyləmişdir.