Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

M

Mirqasımov Mirələsgər Mirəsədulla oğlu

Mirqasımov Mirələsgər Mirəsədulla oğlu (1924-2004) - heykəltəraş. Azərb. əməkdar inc. xad. (1962). Xalq rəssamı. Ə.Əzimzadə ad. Azərb. Dövlət Rəssamlıq məktəbini (1944) və İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İn-tunu (1950) bitirmişdir. Heykəltəraşlığın müxtəlif janrlarında, xüsusilə monumental heykəltəraşlıq janrında bir sıra yüksək bədii dəyərli əsərlər yaratmışdır. M. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərində ucaldılmış tunc abidəsinin (1974) müəllifidir.