N
Nəsirli Yasif Mirzə oğlu
Nəsirli Yasif Mirzə oğlu (d. 1938) - nasir, tənqidçi, pubüsist, tərcüməçi. Filol. e.d. (1991). Y.Məmmədəliyev ad. Beynəlxalq mükafat laureatı (1998). Bir çox povest və hekayələrin müəllifidir, 1969 ildə "Cəlil Məmmədquluzadənin ilk əsərlərində sənətkarlıq məsələləri" mövzusunda namizədlik dissertasıyasını müdafiə etmişdir. N.-nin "Cəlil Məmmədquluzadənin ilk əsərləri barədə düşüncələr" (1970), "Çinarvüqarı" (1985), "Qayıdacağam" (rus dilində, 1988) əsərləri, "C.Məmmədquluzadə yaradıcılığında kənd", "Danabaş kəndı Nehrəmdirmi?", "Danabaş kəndinin əhvalatları" silsilə əsərləri barədə" və s. məqalələri M.-nin həyat və yaradıcılığına həsr olunmıışdur.