Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

O

Olenskaya Yevgeniya (Yeva) Nikitiçna

Olenskaya Yevgeniya (Yeva) Nikitiçna (1900-1959) - aktrisa. Azərb. xalq art. (1949), Əmək Qəhrəmanı (1927). Milliyyətcə rusdur. Bakı Teatr Texnikumunda oxumuşdur (1923-1926). 1913 ildən səyyar Azərb. dram truppasında, 1918-1920 illərdə Hacıbəyov qardaşlarının truppasında çıxış etmişdir. 1922 ildən Bakı Azad Tənqid-Təbliğ Teatrında, 1926 ildən isə ömrünün axırınadək ADT-da çıxış etmişdir. M.-nin "Anamın kitabı" pyesində Gülbahar obrazını böyük müvəffəqiyyətlə səhnədə canlandırmışdır (1922).