Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

Qəbulov Şirvanski Həmzət bəy Həbibulla oğlu

Qəbulov Şirvanski Həmzət bəy Həbibulla oğlu (1884-1912) - maarif xadimi, publisist. Stavropol gimnaziyasını və Kiyev hərbi məktəbini bitirmişdir. "Zakavkazye" (Tiflis) qəzetində müsəlman şöbəsinin müdiri işləmişdir. Ədəbiyyat, maarif, mədəniyyət, dil, qadın azadlığı və xalqlar dostluğuna dair məqalələri var. Mirzə Cəlil, Ömər Faiq, H.Minasazov və b. demokratik ziyalılarla yaxından əlaqə saxlamışdır. M.F.Axundovun anadan olmasının 100 illik yubileyinin keçirilməsinin (1911) təşəbbüsçülərindən və təşkilatçılarından olmuş, bununla əlaqədar yazdığı məqalələr Rusiyanın bir çox qəzetlərində və Parisdə çıxan "Revyü dü Mond müsülman" jurnalında dərc edilmişdir. "Növbəti vəzifələrimiz", "Mirzə Fətəli Axundov" və s. məqalələri məşhurdur. Azərb. ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri vardır.