Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

Qarabağlı Əlyar Məmməd oğlu

Qarabağlı Əlyar Məmməd oğlu (1901-1969) - pedaqoq. M.-nin əleyhdarlarından biri. 1929 ildə dövlət tərəfindən M.-yə qarşı münasibət pisləşmişdi. Dövri nıətbuatda M.-ni "milli xırda burjua ədəbiyyatı nümayəndəsi" kimi qələmə verməyə başladılar. Q.-nın mətbuatdakı çıxışları daha kəskin xarakter daşıyırdı. 1929 il noyabrın 18-də "Kommunist" qəzetində çap olunmuş məqaləsində deyilirdi: "Fəqət Məmmədquluzadə yoldaşın indiki mühitin tələbatın təmində aciz olduğunu da danmaq olmaz. Bunu "Molla Nəsrəddin"in son illər ədəbi həyatındakı durğunluq da təsdiq edir. Söz birdir. Məcmuə şəkil, bədii, ictimai cəhətdən, başqa sözlə, üzlü-astarlı dəyişdirilməlidir".

Bu kimi haqsız çıxışların nəticəsi olaraq, tezliklə "Molla Nəsrəddin" jurnalı həmişəlik bağlandı.