Q
Qarayev Əliheydər Ağakərim oğlu
Qarayev Əliheydər Ağakərim oğlu (1896-1938) - sovet partiya və dövlət xadimı, jurnalist. Şamaxıda mollaxanada, sonra realnı məktəbdə oxumuş, bir müddət Bakıda "Rus-müsəlman" məktəbində dərs demişdir. 1916 ildə Don (indiki Novoçerkassk) Politexnik İn-tuna daxil olmuş, tələbələrin inqilabi hərəkatına qoşulmuşdur. 1917 ildə Tiflisdə menşevik "Hümmət" təşkilatına daxil olmuş, 1918 ilin dekabrında Bakıya gələrək, Bakı Fəhlə Konfransının sədri (1919), RK(b)P Bakı Komitəsinin üzvü, 1919-1920 illərdə "Bakı Fəhlə Konfransının əxbarı", "Zəhmət sədası", "Azərbaycan füqərası", "Füqəra sədası" və s. qəzetlərin, "Tartan-partan" və "Məşəl" jurnallarının red. olmuşdur.
Azərb.-da Sovet hakimiyyəti qurulduqdan sonra Azərb. Müvəqqəti İnqilab Komitəsinin üzvü, Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri, Xalq Əmək komissarı, Bakı Sovetinin sədri və s. vəzifələrdə işləmişdir. M.-ni satira sahəsində ustadı sayırdı. "Tartan-partan" jurnalında (1918) Ə.Haqverdiyevin "Mirzə Səfər" kimi satirik hekayəsi nəşr olunmuşdur. "Molla Nəsrəddin" jurnalının fəaliyyətinə kömək edən xadimlərdən idi. M.-nin Təbrizdən Bakıya qayıtmasının təşəbbüskarlarındandır.