Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

Qəmküsar

Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfovun təxəllüsü) (1880-1919) - şair, publisist, jurnalist. Yaradıcılığa 1904 ildə "Şərqi-Rus" qəzetində başlamış, 1906 ildən "Molla Nəsrəddin" jurnalında "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy" imzaları ilə iştirak etmişdir. 1913-1917 illərdə "Molla Nəsrəddin" jurnalının ikinci müdiri və baş red. olmuşdıır. Məqalələrində dini fanatizm, cəhalət, qadın hüquqsuzluğu, çarizmin müstəmləkə siyasəti, İran, Türkiyə istibdadı kəskin tənqid edilirdi. "Molla Nəsrəddin" jurnalının millətçi burjua mətbuatına qarşı, dilin, yazının sadəliyi və xəlqiliyi uğrunda mübarizəsində fəal iştirak etmişdi. Mirzə Cəlil, M.Ə.Sabir, Əli Nəzmi və digər mollanəsrəddinçilərlə şəxsi əqidə dostluğu etmişdir. 1916 ildə M.-nin "Ölülər" komediyasının Bakıda, Daşkənddə və Petrovski-Portda (indiki Mahaçqala), 1917 - ci ildə Tiflisdə və Gəncədə tamaşaya qoyulmasında fəai iştirak etmiş, Şeyx Nəsrullah rolunun ilk ifaçısı olmuşdur. Tiflisdə qaragüruhçular tərəfindən öldürülmüşdür.