Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

Qoqol Nikolay Vasilyeviç

Qoqol Nikolay Vasilyeviç (1809-1852) - rus yazıçısı. "Dikanka yaxınlığındakı xutorda axşamlar", "Viy", "Taras Bulba", "Şinel" povestlərinin, "Müfəttiş" komediyasının, "Ölü canlar" roman-poemasının və s. əsərlərin müəllifidir. Əsərlərində feodal-patriarxal həyat tərzi tənqid olunmuş, "kiçik adamlar"ın acı taieyi təsvir edümişdir. Q.-un yaradıcılığı M.F.Axundov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və b. Azərb. yazıçılarının İctimai-ədəbi görüşlərinə təsir göstərmişdir. Azərb. ədəbiyyatı, dramaturgiyası və pubüsistikasında Q.-un satirik gülüşündən istifadə edilmişdir. Yazıçının "Müfəttiş" və "Evlənmə" komediyaları dəfələrlə Azərb. səhnəsində tamaşaya qoyulmuşdur. Q.-un 100 illiyi münasibətilə "Molla Nəsrəddin" jurnalında M.-nin "Qoqol" moqaləsi çap olunmuşdur.