Q
Qori seminariyası
Qori seminariyası. Zaqafqaziya müəllimlər seminariyası - Zaqafqaziyanın, əsasən yerli əhalisindən ibtidai məktəb müəllimi hazırlayan orta pedaqoji təhsil müəssisəsi. 1876 ildə (Azərb. şöbəsi 1879 ildə) Gürcüstanın Qori ş.-ndə açılmiş. 1918 ilədək fəaliyyət göstərmişdir. Seminariya Cənubi Qafqaz xaiqlarının, o cümlədən Azərb. xalqının mədəni inkişafında mühüm rol oynamışdır. Azərb.-nın bir sıra görkəmli maarif, mədəniyyət, elm, ədəbiyyat və incəsənət xadimləri (C.Məmmədquluzadə, S.Vəlibəyov, F.Köçərli. R.Əfəndizadə, Ü.Hacıbəyov, M.Maqomayev, M.Mahmudbəyov, N.Nərimanov, S.S.Axundov, Y.Qasımov, Ə.Seyidov vəb.) Q.s.-nın məzunu olmuşlar.
M.-nin mənəvi təkamülündə, dünyagörüşünün formalaşmasında Q.s.-nın müstəsna əhəmiyyəti vardır. Burada keçən təhsil illəri (1882-1887) M.-nin təlim-tərbiyəsində, gələcək müəllimlik fəaliyyətində və yazıçılıq taleyində mühüm rol oynamışdır. M. təhsil illərində seminariyada keçirilən bütün ədəbi-mədəni tədbirlərdə fəal iştirak edirdi. Onun seminariyanın kitabxanası ilə əlaqələri, rus və dünya ədəbiyyatının klassik nümunələrini mütaliə etməsi də dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Q.s.-nın ictimai-maarifçi mühiti M.-ni yaxın geləcəkdə ciddi, səmərəli və məhsuldar ədəbi-pedaqoji fəaliyyətə hazırlayan əsas məktəb olmuşdun Təhsil illərində M. müxtəlif millətlərin nümayəndələri olan mütərəqqi pedaqoqlardan dərs almış, onların ədəbi-maarifçi, pedaqoji-metodiki görüşlərindən faydalanmışdır. Seminariyanı bitirərkən o, artıq öz mülahizələrini Azərb. və rus dillərində sərbəst ifadə etmək imkanına, müstəqil fıkir yürütmək qabiliyyətinə yiyələnmiş ziyalı bir gənc idi. Bu dövrdə o, Zaqafqaziyanın bir sıra görkəmli ziyalıları ilə yaxınlaşmışdı. 1887 ildə seminariyanı müvəffəqiyyətlə bitirən M. İrəvan quberniyasının Uluxanlı kənd məktəbinə təyinat almışdır.