Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Q

Qulubəyov Mirzə Sadıq

Qulubəyov Mirzə Sadıq (1823-?) - müəllim, teatr təşkilatçısı. 1852 ildə Naxçıvan şəhər qəza məktəbini bitirərək, ibtidai məktəblərdə ana dili və şəriət müəllimi diplomu alıb, ömrünün sonunadək Naxçıvan şəhər ibtidai məktəbində dərs demişdir. M.-nin müəllimi olmuşdur. Naxçıvan teatrının ilk təşkilatçılarındandır. 1887 il sentyabrın 2-də Naxçıvanda M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər" dramı onun Naxçıvan qəza rəisinə göndərdiyi vəsatət əsasında tamaşaya qoyulmuşdur. M.-nin baş rolda oynadığı həmin tamaşada Q. suflyorluq etmişdi.