Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

R

Radlov Vasili Vasilyeviç

Radlov Vasili Vasilyeviç (1837-1918) - rus şərqşünası, türkoloq, etnoqraf, arxeoloq. Peterburq EA akad. (1884). Orta və Şərqi Asiyanın öyrənilməsi üçün rus komitəsi yaradılmasının təşəbbüsçüsü və onun sədri (1903-1918) olmuşdur. 1860-1870 illərdə Altayda, Sibirdə, Qazaxıstan və Orta Asiyada linqvistik, etnoqrafik və arxeoloji ekspedisiyalarda iştirak etmiş, türk xalqlarının dil, folklor, etnoqrafiya və arxeologiyasına dair çoxsaylı materiallar toplamışdır. "Şimali türk dillərinin müqayisəli qrammatikası", "Monqolustanda qədim türk kitabələri", "Türk tayfalarının xalq ədəbiyyatından nümunələr", "Türk dillərinin lüğəti" kimi monumental nəşrlərin müəllifidir.

XIX əsrin 90 illərində R. Rusiyadakı türk xalqları üçün rus qrafikasına əsaslanan əlifta yaratrmşdır. M.-nin "Xatiratım"ından da göründüyü kimi, həmən illərdə o özü də Naxçıvanda bu əlifba ilə yaxından maraqlanmış, hətta "Danabaş kəndinin əhvalatları" silsiləsinin başlanğıcından bir neçə səhifəni həmin əlifba ilə yazmışdır. M. bir türkoloq-alim kimi R.-u yüksək qiymətiəndirsə də, "Molla Nəsrəddin"də nəşr etdiyi "Missionerlər" felyetonunda onun missionerlik fəaliyyətinə mənfi münasibətini bildirmişdi.