R
Rotter İosif
Rotter İosif (?-?) - XIX əsrin 2-ci, XX əsrin 1-ci yarısında yaşamış alman rəssamı. Peşəkar təhsilini Münhen Rəssamlıq Akademiyasında almışdır. XX əsrin əvvəllərində Tiflisdə yaşamış, satirik jurnallarda çalışmışdır. 1906-1914 illərdə "Molla Nəsrəddin" jurnalının fəaliyyətində yaxından iştirak etmişdir. R. rusca çox zəif bilirdi. Mirzə Cəlil çəkiləcək rəsmlərin mövzusunu işarə ilə ona başa salar, Tiflisin müsəlman hissəsində, "Şeytanbazar" məhəlləsində yaşayan əhali arasından tiplər seçib ona göstərərək, bunlardan istifadə etməyi məsləhət görərdi.
R.-in qrafik dəsi-xətti aydın və anlaşıqlı olmaqla, rəsmlərində xırda ştrixlərə xüsusi əhəmiyyət verir, təsvirin, həcm və ölçülərin real alınmasına nail olurdu. R. də "Molla Nəsrəddin" jurnalının ənənəvi mövzularına müraciət edirdi. "Bakı neft mədənlərində işsiz fəhlələr" (1908, N4) rəsmində fəhlələrlə sahibkarların qarşı-qarşıya durması, "XX əsr. Qafqazda hürriyyət" (1906, NaT), "Bir gün var idi, bir gün yox idi" (1907, Nnl3) karikaturalarında erməni-müsəlman münaqişəsi və onu qızışdıran "Fitneyi-iblisi məlunlar" - çarizmin bədnam müstəmləkəçilik siyasəti ifşa olunurdu. "Ay Tehrani alan, ay şirin tehrani alan" (1908, N27) karikaturasında İranın satqın hökmdarı Məhəmmədəli şahın gülünc təsviri verilmişdir.
R.-in rəsmlərində ictimai motivlərə, personajların psixoloji xarakteristikasının təhlilinə meyl duyulur. Jurnalın 1911 il 42-ci nömrəsində çap olunmuş M.F.Axundovun yubileyinə aid rəsm R.-in ən uğurlu əsərlərindəndir.