Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

R

"Rus qızı"

"Rus qızı" - M.-nin yazdığı hekayə. İlk dəfə Bakıda "Yeni yol" qəzetində (1925, 2 və 6 dekabr, N275, 278) çap olunmuş, sonralar "Əsərləri"nə daxil edilmişdir. Mirzə Cəlil bu hekayəsində cəhalətə, nadanlığa qarşı mübarizə aparır. Başqa xalqlara dostluq münasibəti bəsləməyə, qonşu xalqların qabaqcıl ənənələrindən, məişətlərindəki nailiyyətlərdən öyrənməyə çağırışı M. yaradıcılığının demokratik cəhətiərindəndir. Ədib toxunduğu tərbiyə, əxlaq, yaxud məişət məsələsinin müsəlman həyatında nə vəziyyətdə olduğunu göstərməklə, həmin xalqların yaxşı xüsusiyyətlərindən öyrənməyi təbliğ edir.

Əlli yaşlı Məşədi Qulamhüseyn tamojna işində mötəbər bir şəxs olmağına baxmayaraq, rus məmurunun on altı yaşlı qızına vurulur və bunu təbii bir hal sayır. Hekayənin sonunda rus qızının "noшел K чepтy!" deməsini özünə qarşı mürüvvətsizlik hesab edən Məşədi Qulamhüseynin sözlərinə "bərk uğunub" gülməklə M. dövrünün cəhalətini güclü satira atəşinə tutur.