S
"Suri- İsrafil"
"Suri- İsrafil" - 1907-1908 illərdə Tehranda nəşr edilən həftəlik ictimai-siyasi jurnal, Jurnalın redaktoru və naşiri Mirzə Əli Əkbər xan Dehxoda, onun ən yaxın əməkdaşı isə Mirzə Cahangir xan Şirazi idi. "S.İ."-in "Çərənd və pərənd" satirik səhifəsi "Molla Nəsrəddin" jurnalının təsiri altında idi. Tədqiqatçılar belə bir fikirdədirlər ki, iki jurnal arasında yaxınlıq təkcə onların mövzularının ümumiliyində deyil. Bu, eyni zamanda onların istifadə etdikləri bədii təsvir vasitələrində və ədəbi üsullarında da təzahür edir. Dehxoda tez-tez M.-nin ədəbi üsullarına müraciət edir və onlardan İran siyasi həyatının tənqidi üçün ustalıqla istifadə edirdi.
Dehxodarını "S.İ."-in 1907 il 5 sayında dərc olunmuş felyetonu birbaşa M.-nin "Dəmdəməkiyə cavab" felyetonunun təsiri altında yazılmışdı. "Dəmdəməki' isə "Dəmdəmi" ilə əvəz olunmuşdu. M.-nin vətəndaşlıq cəsarətindən ilham alan, "Molla Nəsrəddin"in rəngarəng priyomlarından bol-bol bəhrələnən "S.İ." İranda baş verən ictimai-siyasi hadisələri pamfletlər, felyetonlar vasitəsilə məharətlə əks etdirirdi.