Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ş

Şahtaxtinskaya Sofya

Şahtaxtinskaya Sofya (Səkinə) Allahyar qızı (1860-?) - ziyalı qadın, Məmmədquluzadələr ailəsinin yaxın dostu. İ.Şahtaxtinskinin həyat yoldaşı. Atası Əhməd bəy Cavanşirin əlyazmalarını nəşr etdirmək istəyən Həmidə xanım 1905 ildə bu məqsədlə Ş. vasitəsilə, onun evində Mirzə Cəlil ilə tanış olur. Bu tanışlığın daha da dərinləşməsində və Həmidə xanımın M. ilə ailə qurmasında Ş.-nın böyük rolu olmuşdur. Bunu Həmidə xanım "Mirzə Cəlil haqqında xatirələrim" kitabında ətraflı göstərmişdir. Ş. rəfıqəsi Həmidə xanımla Tiflisdə Qadın Xeyriyyə Cəmiyyəti yaratmış, müsəlman qadınlarının maariflənməsində fəal iştirak etmişdir.