Ş
Şahtaxtlı (Şahtaxtinski) Məhəmməd ağa Məhəmmədtağı Sultan oğlu
Şekspir Vilyam (1564-1616) - ingilis dramaturqu və şairi. Həyatı haqqında məlumat az və dolaşıqdır. 80-ci illərdə Londona gəlmiş, məşhur “Qlobus" teatrında aktyor və dramaturq kimi çalışmış, əsərlərinin əksəriyyətini də həmin teatr üçün yazmışdır. Ş.-itı zəngin və çoxcəhət1i yaradıcılığı dünya humanizminin ən yüksək zİrvələrindən birini təşkil edir. O müxtəlif janrlarda - komediya, tarixi xronika və romantik dram, faciə yazmış, 37 pyesin, poemanın, çoxlu sonetin müəllifidir. Ş.-in "Romeo və Cülyetta" (1595), "Hamlet" (1601), "Otello" (1604), "Kral Lir" (1605), "Makbet" (1606), "Antoni və Kleopatra" (1607) və s. faciələri dünya dramaturgiyasında bu janrın şah əsərlərindən sayılır. Ş. tarixi xronikaları ("VI Henrix", 1590-1592; "III Riçard", 1593; "Yuli Sezar", 1599 və s.), komediyaları ("İki veronalı", 1594; "Yay gecəsində yuxu", 1596; "Heç nədən hay-küy", 1598; "Vindzor cicibacıları", 1598; "On ikinci gecə", 1600 və s.) da dram tarixində əhəmiyyətli yer tutur. Q, dünya poeziyasına sonetin mahir ustası kimi daxil olmuşdur.
Ş.-in yaradıcılığı dünya, o cümlədən Azərb. dramaturgiyası və teatrının inkişafına güclü təsir göstərmişdir. Əsərləri dünyanın bir çox ölkələrində, o cümlədən Azərb. səhnəsində tamaşaya qoyulmuşdur. Hələ 1903 ildə "Otello" faciəsi Haşım bəy Vəzirovun tərcüməsində Şuşada oynanılmışdı. M.F.Axundov, Ə.Hüseynzadə, Ə.Ağayev, F.Köçərli, Ə.Haqverdiyev və başqaları əsərlərində Ş.-dən bəhs etmişlər. C.Məmmədquluzadə teatrın əxlaqi-tərbiyəvi əhəmiyyətini göstərmək üçün Şekspir əsərlərinin təsir gücünə istinad edirdi. "Çox səhv edirlər o şəxslər... teatr məclisini oyun-oyuncaq məclisi mənziləsində tuturlar, çünki teatr məclislərindən murad o deyil ki, burada adam gülsün. Mötəbər ingilis şairi Şekspir düzdüyü təmsilatı teatrlarda oynayan vaxt tamaşa edənlərin ağlamağı tutur, nəinki gülməyi" (Məmmədquluzadə C. Əsərləri. VI c, s. 12-13).