Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ş

"Şərq qadını"

"Şərq qadını"jurnalı.

"Şərq qadını" - ictimai-siyasi və ədəbi-bədii aylıq jurnal. İlk nömrəsı 1923 ilin noyabrında Bakıda çıxmışdır. Jurnal Azərb.-da, eləcə də bütün Şərq aləmində qadın azadlığı uğrunda mübarizə aparan, qadınlar arasında azadlıq ideyalarını geniş yayan ilk qadın jurnalı olmuşdur. İlk red. Ayna Sultanova idi. Uzun illər arzusunda olduğu "Ş.q." jurnalının nəşrini M. böyük şadlıqla qarşılamış, "Molla Nəsrəddin"də dərc etdiyi "Şərq qadını" məqaləsində onu ürəkdən təbrik etmişdir. "Ş.q." jurnalında M.-nin "Hünərli qadınlar", "İki ər", "Bir balaca yanlışlıq" hekayələri, "Köhnə dərdim", "Mirzə Fətəli Axundov və qadm məsələsi", "Mirzə Fətəli Axundov dinlər haqqında" məqalələri dərc olunmuşdur.

"Şərq qadını məsələsini" özünün "köhnə dərdi" adlandıran Mirzə Cəlil yazırdı ki, "bütün ömrümdə vurduğum qələmin. çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub". Şərq qadınını şəriətin kəməndindən, müsəlmançılığın zəncirindən, hərəmxanaların zindanından, qara çarşabın zülmətindən" azad görmək istəyən ədib, "Ş.q." jurnalının redaktonı Xavər xanımın "Ey şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qədrini bilərsiniz.

Onda xoşbəxtlik yolunu taparsınız; oxumasaz, qaranlıqda qalacaqsınız, oxumasaz, bədbəxt olacaqsınız və öz bədbəxt olmağınızdan savayı, uşaqlarınızı da bədbəxt edəcəksiniz" müraciətini alqışlayır və ona azad Şərq qadınını tərbiyə etməkdə, ona həqiqi yol göstərməkdə, öz vəzifəsini başa salmaqda, qadınlıq şərtlərini anlatmaqda, analıq borcu və övlad tərbiyəsi məsələlərini yerinə yetirməkdə uğurlar arzulayırdı. Jurnal 1938 ilin fevralından "Azərbaycan qadını" adı ilə çıxır.