Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

T

Təbriz Teatrı

Təbriz Teatrı - 1909 ildə yaradılmışdır. Teatrın təşəkkülündə və inkişafında S.Ruhulla, A.Şərifzadə, M.Vaizzadə və b.-nın xidməti böyükdür. Səttarxan, Şeyx Məhəmməd Xiyabani, 1920-1921 illərdə.Təbrizdə yaşamış M. bu teatrın inkişafina yaxından kömək göstərmişlər. 1920 ildə Təbrizdə ilk teatr binası - "Xeyriyyə teatrı" tikilmişdir. Bu teatrın səhnəsində M.-nin "Ölülər" pyesi tamaşaya qoyulmuşdur (1 may 1921-ci il).

Tamaşanın rej. M. özü idi. 1928 ildə Təbrizdə 700 yerlik "Şire xorşid" teatrı istifadəyə verildi. Lakin onun səhnəsində, əsasən, yerli müəlliflərin fars dilində bədii cəhətdən zəif əsərləri tamaşaya qoyulduğundan, "Şire xorşid" T.t-nın inkişafına kömək göstərə bilmədi. Azərb. Milli hökumətinin qurulması (1945, 12 dekabr) T.t.-nın inkişafında yeni dövr açdı. 1946 ilin martında Təbriz Dövlət Teatrı təşkil olundu və M.-nin "Anamın kitabı" pyesinin tamaşası ilə fəaliyyətə başladı. 1946 ilin dekabrında Azərb. Milli Hökumətinin süqutundan sonra Təbriz Dövlət Teatrı dağıdıldı və T.t-nın fəaliyyəti dayandırıldı.