Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

T

Telinqater Benedikt (Beno) Rafaeloviç

Telinqater Benedikt (Beno) Rafaeloviç (1876-1964) - qrafik. Gürc. Əməkdar inc. xad. (1956). Odessa Rəssamlıq məktəbini bitirmişdir (1894). 1908-30 illərdə Bakıda yaşamışdır. İnqilabdan əvvəl Bakıda çıxmış "Cigit" (1907), "Zənbur" (1909-10), "Miraf (1910), "Kəlniyət" (1912-13) və s., Sovet hakimiyyəti illərində "Molla Nəsrəddin", "Yeni kənd", "Şərq qadını" jurnalları üçün karikatura və illüstrasiyalar, siyasi və təşviqat plakatları çəkmişdir.