Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

T

"Təzə həyat"

"Təzə həyat" - gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet. İlk sayı 1907 il aprelin 1-də, sonuncusu 1908 il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Red.-u dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri H.Z.Tağıyev idi. "T.h." milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "T.h."-m ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması M. tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, M., mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.