T
"Tuti"
"Tuti" - həftəlik satirik, şəkilli jurnal. "Molla Nəsrəddin"in təsiri altında Bakıda, Azərb. Dilində çıxmışdır. İlk nömrəsi 1914 il dekabrın 27-də, sonuncusu 1917 il iyunun 29-da (cəmi 112 nömrə) buraxılmışdır. Red. C.Bünyadzadə, naşiri və sahib-imtiyazı Tağı Nağıyev idi. "T."-də ictimai-siyasi mövzularda, maarif, ədəbiyyat, incəsənət məsələlərinə dair, əsasən, xırda islahatçılıq, bəzən demokratik ruhda yazılar dərc olunurdu. "T."-də mütləqiyyət üsuli-idarəsinə, müstəmləkə siyasətinə qarşı kəskin çıxışlar da vardır. Senzuranın təzyiqi bəzən səhifələrin ağ qalmasına səbəb olurdu. M. bu jurnalda "Dəmdəməki", "Molla Həsrətalı", "Dərdmənd", "Fəhlə", "Hərdəmxəyal" imzaları ilə yazılar dərc etdilirdi. Jurnalda M.S.Ordubadi, S.Hüseyn, Ə.Şəmsizadə, Ə.Nəzmi, S.Mənsur, Y.V.Çəmənzəminli, C.Cabbarlı və b. iştirak etmişlər.