Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ü

Ülvi Rəcəb Şaşıq oğlu

Ülvi Rəcəb Şaşıq oğlu (1903-1938) - aktyor. Azərb. əməkdar art. (1933). Milliyyətcə acardır. Batumda həvəskar tamaşalarda oynamış, 1920-1922 illərdə Batum teatrında, 1922-1924 illərdə Tiflis Azərb. Teatrında fəaliyyət göstərmişdir. 1924 ildə ADT-na dəvət olunmuşdur. Burada M.-nin "Anamın kitabı" pyesində Səməd Vahid rolunu müvəffəqiyyətlə ifa etmişdir. Sonralar Ü.R. həmin teatrın səhnəsində bir-birindən fərqli, dolğun obrazlar qalereyası yaratmış, V.Şekspir, F.Şiller, H.Cavid və C.Cabbarlı qahrəmanlarının ən yaxşı ifaçılarından sayılmışdır. Ü.R.-in yaratdığı İsgəndər ("Ölülər") surəti də onun yaradıcılığında mühüm yer tutmuşdur.