Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ü

Ünsizadə Kamal Əbdülrəhman oğlu

Ünsizadə Kamal Əbdülrəhman oğlu (1857-?) - naşir, maarifçi. "Kəşkül" qəzetində əməkdaşlıq etmiş, onun mətbəəsində işləmişdir. Qəzet bağlandıqdan sonra, "Azərbaycan" (1891) (qardaşı Cəlal Ünsizadənin redaktorluğu ilə), Azərb. və rus dillərində "Uçan yarpaq" - "Лeтyчий JIИCTOK" (1896) (Q.Klimovski ilə), "Danış" (1896), "Yerli elanlar" (1900) qəzetlərinin nəşrinə təşəbbüs göstərmiş, lakin icazə ala bilməmişdir. 1908 ildə "Məzhər" qəzetinin nəşrinə icazə almış, 1917 ilədək cəmi 30 nömrəsini buraxa bilmişdir. M. "Məzhər"ə və onun naşiri-redaktoru Ü.yə tənqidi münasibət bəsləmiş, ruhanilərə, yüksək rütbəli məmurlara təriflər yazmasını, mədhiyyələr həsr etməsini pisləmişdir.