Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

V

Vahabzadə Bəxtiyar Mahmud oğlu

Vahabzadə Bəxtiyar Mahmud oğlu (d. 1925) - şair, dramaturq, publisist, ədəbiyyatşünas. Azərb. xalq şairi (1984), Əməkdar inc. xad. (1974). Filol. e.d. (1964), prof. (1965), Azərb. MEA həqiqi üzvü (2001). SSRİ (1984) və Azərb. (1976) Dövlət mükafatları laureatı. Lirik şeirlərin, ailə-məişət, mənəvi-əxlaq, ictimai-siyasi mövzularda poemaların, "Vicdan" (1954), "İkinci səs" (1969), "Yağışdan sonra" (1971), "Dar ağacı" (1978), "Hara gedir bu dünya" (1991), "Göy türklər" (1997) və s. pyeslərin, bir sıra publisistik, ədəbi-tənqidi məqalə və əsərlərin müəllifidir.

Nizami, Füzuli, Nəsimi, M.Hadi, M.Ə.Sabir, S.Vurğun və digər sənət korifeyləri kimi M.-ni də eyni dərəcədə sevmişdir. "Böyük vətənpərvər, böyük vətəndaş Cəlil Məmmədquluzadənin xatirəsinə xüsusi "Anamın kitabı" adlı şeir yazmış (1967), Mirzə Cəlil yaradıcılığına iri həcmli "Əslimiz, kökümüz" sərlövhəli tədqiqat məqaləsi həsr etmişdir. M.-nin "Anamın kitabı" pyesinin davamı olaraq "Atamın kitabı" (1999) pyesini yazmışdır. V.-nin elmi tədqiqatlarında M.-yə istinadlar çoxdur.