V
Volter
Volter (Mart Fransua Arucnin təxəllüsü) (1694-1778) - fransız yazıçısı, filosof, tarixçi. Fransa Akad. üzvü (1746). V. şeir, poema, novella, povest və dram əsərləri yazmışdır. Maarifçilik ideyalanı yaymaq üçün V. dramaturgiyadan, xüsusilə, faciədən geniş istifadə etmişdir. Bunlarda istibdad, dini fanatizm ifşa olunur. "Brut" (1731), "Zaira" (1748), "Sezarın ölümü" (1736), 'Fanatizm, yaxud Məhəmməd peyğəmbər" (1742) kimi səhnə əsərləri var. Humanizm ənənələrini davam edən V. irqi ayrıseçkilik, müstəmləkəçilik və müharibə əleyhinə çıxmış, mütərəqqi, Avropa ictimai fikrinin görkəmli nümayəndələrindən olmuşdur.
M. "Mirzə Fətəli Axundov dinlər haqqında" məqaləsində V.-dən damşmış, "Zejnəb" adlı felyetonunda isə ("Molla Nəsrəddin", 1928, N18) onun "Zaira" dramından bəhs etmişdir.