Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ə

Əliyev Hüseyn Əlirza oğlu

Əliyev Hüseyn Əlirza oğlu (1911-1991) - rəssam. Azərb. xalq rəssamı (1982). Bakı Rəssamlıq Texnikumunu bitirmiş (1932), Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İn-tunda oxumuşdur (1932-1935). Yaradıcılığında portret və mənzərələr mühüm yer tutur. Ə. 1922-1931 illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq etmiş, onun bir sıra karikaturaları jurnalın səhifələrində çap olunmuşdur.