Ə
Əliyeva Zemfira Məmmədəli qızı
Əliyeva Zemfira Məmmədəli qızı (1941-1995) - aktrisa. Azərb. xalq art. (1982). Gəncə, Naxçıvan teatrlarında və ADT-da işləmiş, müxtəlif xarakterli obrazlar yaratmışdır. M.-nin C.Məmmədquluzadə ad. Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşaya qoyulmuş "Dəli yığıncağı" əsərində Pırpız Sona obrazını böyük ustalıqla yaratmışdır (1976). Kinofilmlərə çəkilmişdir.