Cəlil Məmmədquluzadə

ENSİKLOPEDİYASI

 

Ə

Əvəz Sadıq

Əvəz Sadıq (Əbülfəz Əli oğlu Sadıqovun təxəllüsü) (1898-1956) - yazıçı, jurnalist, tərcüməçi. Əmək fəaliyyətinə müəllimliklə başlamış, sonralar jurnalistika sahəsində çalışmış, "Şərq qapısı" qəzetinin (1926-1927), "Molla Nəsrəddin"in xələfi "Kirpi" jurnalının (1952-1956) red. olmuşdur. Oçerk və hekayələrin, "Mingəçevir" romanının, bir çox satirik. əsərlərin müəllifidir. Sofokl, Esxil, L.N.Tolstoy, E.Zolya, M.Y.Lermontov və b.-nın əsərlərini tərcümə etmişdir. Tədqiqatlarda M.-nin "Ölülər", "Usta Zeynal", "Anamın kitabı)" əsərlərinin Təbriz teatr səhnəsində oynadığı mühüm rol yüksək qiymətləndirilir.